Xorvatiya prezidenti: “Ümidvaram ki, azərbaycanlı turistlərin sayında artım müşahidə edəcəyik”

xorvatiya prezidenti umidvaram ki azerbaycanli turistlerin sayinda artim musahide edeceyik

Bakı – APA. “Ümidvaram ki, Azərbaycandan Xorvatiyaya səfər edən turistlərin sayında artım müşahidə edəcəyik”.

 

 

APA-nın məlumatına görə, bunu Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç bəyan edib.

 

 

O qeyd edib ki, buna Xorvatiyanın Avropa İttifaqı ilə tətbiq etdiyi viza rejimi də öz töhfəsini verib: “Biz bütün dünyadan, o cümlədən Azərbaycandan turistlərə öz qapılarını açan inklüziv bir ölkə kimi turizmi inkişaf etdiririk. Bizim həmçinin mülki inşaat, kənd təsərrüfatı, ərzaq emalı müəssisələrimiz var. Xorvatiya şirkətlərinin əksəriyyəti “Halal” sertifikatına malikdir”.

 

Xorvatiya prezidenti ümidvar olduğunu bildirib ki, sabah Bakıda keçiriləcək biznes-forumda Azərbaycan şirkətləri ilə kommunikasiya, informasiya texnologiyaları, innovasiyalar, əczaçılıq, tibb, humanitar, minaların təmizlənməsi sahələri üzrə spesifik və konkret müzakirələr aparılacaq: “ Düşünürəm ki, bu səfərdən sonra həmin sahələrdə biz konkret əməkdaşlıq layihələrinə başlaya bilərik. Ümidvarıq ki, hər iki ölkənin biznes dairələri birgə iş görəcəklər və bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan almaniya xin rehberini keskin tenqid edib
    Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
  • ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib
    İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri...
ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib ismayillida atmosferi cirklendiren avtomobillerin suruculeri cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ