İlin əvvəlindən Azərbaycanda 82 yaşayış məntəqəsi qazlaşdırılıb

İlin əvvəlindən Azərbaycanda 82 yaşayış məntəqəsi qazlaşdırılıb
# 14 iyul 2015 14:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 82 yaşayış məntəqəsi qazlaşdırılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən işlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə Birlik tərəfindən bu ilin 6 ayı ərzində 5 391 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 356 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-iyun ayları ərzində respublikanın 82 yaşayış məntəqəsi qazlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR