Ali təhsil müəssisələrində imtahan qərargahları yaradılıb

Ali təhsil müəssisələrində imtahan qərargahları yaradılıb
# 08 iyun 2020 18:39 (UTC +04:00)

Ali təhsil müəssisələrində imtahan qərargahları yaradılıb.

APA-nın məlumatına görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərləri ilə yaz imtahan sessiyasının başlanması ilə bağlı keçirilən videogörüşdə bildirib. Nazir qeyd edib ki, imtahan sessiyası müddətində tələbələrdən daxil olan şikayətlərin operativ araşdırılması, onların yerində həll edilməsi təmin edilir. 

Nazir deyib ki, yaz imtahan sessiyasında iştirak etməyə hazır olmayan tələbələr üçün isə avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələrin təşkili və sentyabrın 15-dək bu tələbələr üçün yenidən imtahanlarda iştirak etmək imkanının yaradılması tapşırılıb.

Nazir həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin bu il dövlət tərəfindən ödənilməsi ilə bağlı daxil olan müraciətlərin baxılmasının ilkin nəticələrinin bu həftədən etibarən açıqlanması barədə məlumat verib, məsələnin ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən nəzarətdə saxlanmasını tapşırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR