Ucarda ağac kəsintisi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

Ucarda ağac kəsintisi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib
# 10 may 2018 15:27 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları reyd keçirib.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Ucar rayonu Xələç kəndinin ərazisində yaşköküstə 4-24 sm diametrliyində 36 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkarlanıb.

Araşdırma zamanı ağacların Ucar rayon sakini Səfər Məmmədov tərəfindən kəsildiyi və təbiətə 5010 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanuna müvafiq tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR