"İnterpol"un həbs etdiyi bank rəhbəri və atasının məhkəməsi başlayır

"İnterpol"un həbs etdiyi bank rəhbəri və atasının məhkəməsi başlayır
# 15 may 2020 09:35 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondunun külli miqdarda vəsaitini mənimsəməkdə ittiham edilən bank rəhbəri Fuad Cam və atası Əli Camın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış “Röyal Bank”ın direktoru 29 yaşlı Fuad Cam və atası mənimsəmədə ittiham olunur.

Bir neçə ölkənin vətəndaşlığını daşıyan Fuad Cam "İnterpol" xətti ilə axtarışa verilib.

Fuad Cam “Royal Bank”ın direktoru, atası Əli Cam isə bankın Müşahidə Şurasının sədri olub.

İttihama görə, ata və oğul Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondunun külli miqdarda vəsaitini mənimsəyiblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da əlavə edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə 2012-ci ildə “Royal Bank”ın lisenziyası ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR