Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin mənfi saldosu 39% azalıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin mənfi saldosu 39% azalıb
# 21 aprel 2020 12:35 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 306 156,7 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin hesabat dövrü ilə müqayisədə 12,2% və ya 33 321,8 min dollar çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 184 284.6 min dollarlıq mal və məhsul idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 1,6% azalıb. Azərbaycandan idxal Gürcüstanın hesabat dövründəki ümumi idxalının 9,2%-ni təşkil edib.

Yanvar-mart aylarında Gürcüstanın Azərbaycana ixracı isə 121 872.1 min dollara bərabər olub. Bu, 2019-cu ilin birinci rübü ilə müqayisədə 42.6% çoxdur. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 15,7%-ni təşkil edib ki, bu göstərici ilə Azərbaycan Gürcüstanın əsas ixrac tərəfdaşı olub.

Nəticədə, Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 62 412,5 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 38,7% azdır. Ötən ilin yanvarında mənfi saldo 101 893,1 min dollara bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR