Şəkidə 51 yaşlı kişini avtomobil vuraraq öldürüb

Şəkidə 51 yaşlı kişini avtomobil vuraraq öldürüb
# 14 mart 2020 11:06 (UTC +04:00)

Şəkidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 20 radələrində Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində, Şəki rayonu İkinci Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini, 1991-ci il təvəlllüdlü Yamən İsmayıl oğlu Quliyev idarə etdyii “Renault Magane” markalı 02 BU 953 dövlət nömrə nişanlı minik avtomobili ilə Qaxdan Şəki şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Şəki rayonu İkinci Biləcik kənd sakini Elçin Sabir oğlu Rəcəbovu vurub. Qəza zamanı ağır xəsarət alan piyada hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR