Albaniyada hökumət əleyhinə aksiyada 12 polis yaralanıb

Albaniyada hökumət əleyhinə aksiyada 12 polis yaralanıb
# 12 may 2019 10:10 (UTC +04:00)

Mayın 11-də Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə keçirilən aksiyada toqquşma baş verib.

ONA-nın "Deutsche Welle" nəşrinə istinadən verdiyi məlumata görə, parlament binası qarşısına toplaşan bir neçə min nəfər baş nazir Edi Ramın istefasını tələb edib.

Aksiyaçılar polisə yandırıcı vasitələr atıblar. Polis təzyiqli su şırnaqları və gözyaşardıcı qaz tətbiq edib. Toqquşmalar zamanı 12 polis vətəndaşı yaralanıb.

Qeyd edək ki, Albaniyada aksiyalar fevral ayında başlayıb. Müxalifət baş nazirin istefasını və yeni seçkilərin keçirilməsini tələb edir. Hakim Albaniya Sosialist Partiyası və partiyanın sədri seçkilərdə saxtakarlıqda və korrupsiyada ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR