Rusiyada sərnişin təyyarəsi qəza uçuşu keçirib, reyslər təxirə salınıb

Rusiyada sərnişin təyyarəsi qəza uçuşu keçirib, reyslər təxirə salınıb
# 15 iyul 2019 01:42 (UTC +04:00)

Rusiyanın Saratov Hava limanı müvəqqəti olaraq bağlanıb.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, “Yak-142” sərnişin təyyarəsi uçuş zolağından çıxıb.

Hava limanının mətbuat katibi Yelena Kalaşnikova bildirib ki, qəza ilə bağlı Saratovdan Moskva (Şeremetyevo, Domodedovo) istiqamətinə bütün uçuşlar təxirə salınıb.

Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.

Federal Hava Nəqliyyat Agentliyinin nümayəndəsi “İnterfax”a açılamasında qeyd edib ki, “Yak-142” təyyarəsi “UTair” aviaşirkətinə məxsusdur. Onun hidravlik sistemində nasazlıq olduğu iddia olunur.


İlkin məlumata görə, laynerdə olan yüzdən çox sərnişinin heç birinin xəsarət almadığı bildirilir.


Qeyd edək ki, Saratov hava limanının 2,2 km. uzunluğunda olan uçuş zolağı yalnız “Yak-42” və “An-24” təyyarələrinə xidmət göstərməyə imkan verir. Bu səbəbdən də limanın avqustun 20-dən sonra bağlanacağı deyilir.

Uçuş zolağında aparılacaq konstruksiya işləri müddətində reyslər "Qaqarin" hava limanından həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR