Vitse-spiker gələcəkdə neft və qazdan istifadənin azalmayacağını bildirib

Vitse-spiker gələcəkdə neft və qazdan istifadənin azalmayacağını bildirib
# 24 may 2019 13:00 (UTC +04:00)

“1970-ci illərdə guya kömürdən istfiadənin dayandırılacağı barədə fikirlər səsləndirilirdi. O dövrdən indiyə qədər kömürdən istfiadə 4 dəfə artıb. Bu gün düynada ən çox istifadə edilən enerji vastəsi kömürdür”.
ONA-nın məlumatına görə, bunu Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib.
Valeh Ələsgərov deyib ki, 2050-ci ildə dünyada istifadə edilən enerjinin 80 faizi kömür, neft və təbii qazdan alınacaq: “Yeni texnologiyalardan istifadə edilərək Azərbaycanda yataqlardan daha çox neft və qaz hasil ediləcək”.
Milli Məclisin sədr müavini nəzərə çatdırıb ki, dünyada və Azərbaycanda yeni yataqlar kəşf ediləcək: “Torpaq altında 0 dərəcədən aşağı olan yerlərdə su ilə birgə donmuş trilyonlarla kubmetr həcmində qaz ehtiyatları var. Gələcəkdə təbii ki, belə yataqlardan da istifadə edilməsi texnologiyası tapılacaq. ABŞ 20 il əvvəl deyəndə ki, şist qazından istifadə edəcək, hamı gülürdü. Bu gün ABŞ bu sahədə lider mövqedədir, böyük həcmdə enerji resursları istehsal edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR