Astarada maskalı şəxs evə basqın edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 27-də Astara rayonunun Şahağacı kəndində yaşayan Bəhriyyə Mirzəyevanın evinə girmiş maskalı şəxs onu bıçaqla hədələyib oradan 2000 manat və 5000 Rus rublu aparıb.
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Rövşən Abdullayev saxlanılıb.