OPEC gələn il üçün qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib

OPEC gələn il üçün qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib
# 13 oktyabr 2020 17:10 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci ildə neftə olan gündəlik tələbatın 9,5 mln. barel azalaraq 90,3 mln. barelə enəcəyini proqnozlaşdırır. Fondun bundan öncə sentyabr ayında verdiyi proqnozu dəyişməyib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il üzrə proqnoz 0,08 mln. barel azaldılıb və hazırda gündəlik 96,8 mln. barel təşkil edir.

OPEC İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində bu il neftə olan gündəlik tələbatın 2019-cu illə müqayisədə 4,84 barel azalacağını, yəni 42,9 mln. barel səviyyəsində olacağını proqnozlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR