Bakıda yol qəzası olub, 2 nəfər xəsarət alıb

Bakıda yol qəzası olub, 2 nəfər xəsarət alıb
# 29 iyun 2019 19:06 (UTC +04:00)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, yol qəzası Dərnəgül yolunda, “Bakmil” stansiyasının yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaralılar belin küt travması diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə gətiriliblər.

Onların vəziyyəti orta-ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR