“Entivio” nadir xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərmanların siyahısına daxil edilib

“Entivio” nadir xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərmanların siyahısına daxil edilib
# 02 mart 2020 21:41 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Kollegiyası “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na bir yeni dərman – “Entivio” (beynəlxalq patenləşdirilmiş adı “Vedolizumab”) adı əlavə edilib.

Bununla da nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısındakı dərmanların sayı 107-yə çatıb.

Qeyd edək ki, “Entivio” dərmanı Kolit və Kron bağırsaq xəstəliklərinin müalicəsində immun sustemini mohkəmləndirmək üçündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR