Yevlaxda avtomobil aşıb, sürücü xəsarət alıb

Yevlaxda avtomobil aşıb, sürücü xəsarət alıb
# 04 avqust 2019 20:39 (UTC +04:00)

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun Yevlax-Ləki istiqamətində hərəkətdə olan “VAZ 2115” markalı minik maşını maneəyə dəydikdən sonra idarəetmədən çıxaraq aşıb.

Avtoqəza nəticəsində sürücü – 1951-ci il təvəllüdlü Nazarzadə Həsən Nazar oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR