Ağstafada top mərmisinin gilizi tapılıb

Ağstafada top mərmisinin gilizi tapılıb
# 09 iyul 2019 16:11 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Bu barədə APA-ya Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Ağstafa rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd top mərmisinin gilizi (tərkibində heç bir partlayıcı maddə olmayan) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Gilizin ətrafında 250 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR