Bakıda 38 yaşlı şəxs qayınları tərəfindən döyülərək bıçaqlanıb

Bakıda 38 yaşlı şəxs qayınları tərəfindən döyülərək bıçaqlanıb
# 26 may 2019 01:50 (UTC +04:00)

Bakıda 38 yaşlı şəxs qayınları və digər şəxslər tərəfindən döyülərək bıçaqlanıb.

ONA-nın məlumatına görə, hadisə Xətai rayonu Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən mənzildə kütləvi dava zamanı baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Əliyev Rəşad İbrahim oğlu yaşadığı evdə üç qaynı ilə əlbəyaxa dava edib. O, qayınları və onların dostları tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR