Mayın 26-da magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Mayın 26-da magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək
# 16 may 2019 15:36 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək bakalavrlara müraciət edib.

ONA-nın Mərkəzə istinadən verdiyi xəbərə görə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar (68, 69 və 70 nömrəli qəbul proqramlarını seçənlər istisna olmaqla) "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.

DİM-dən onu da bildiriblər ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR