Fazil Mustafa: “İranla saziş Azərbaycanın maraqlarına zidd deyil”

Fazil Mustafa: “İranla saziş Azərbaycanın maraqlarına zidd deyil”
# 08 may 2020 11:45 (UTC +04:00)

“Araz çayı üzərində hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinə dair 2016-cı ildə Azərbaycanla İran arasında bağlanmış sazişə görə millət vəkillərini tənqid edənlərin haqlı olduğunu düşünmürəm”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, hökumət təmsilçiləri bu məsələyə lazımı səviyyədə aydınlıq gətirmirlər: “Belə situasiya yaranır ki, millət vəkilləri Azərbaycanın milli maraqlarını düşünməyiblər. Mən bu sazişlə yenidən tanış oldum. Azərbaycanın İranla bu sazişi bağlamaqda əsas hədəfi odur ki, ərazi bütövlüyü bərpa olunana qədər İran tərəfi məsuliyyəti öz üzərinə götürür, su ehtiyatlarının üçüncü ölkəyə verilməsi qadağana edilir. Su ehtiyatlarından İran yalnız özü üçün istifadə edə bilər. Bütün hallarda Azərbaycanın ərazi bütövlüyü əsas götürülür. Bu saziş hər hansı şəkildə Azərbaycanın maraqlarına zidd deyil. Sadəcə bu problem odur ki, İran özbaşına yol çəkir, erməni daşnaklarına kömək edir. Bunu da edərkən beynəlxalq hüququn normalarını pozur, hər zaman da pozub. Bu, yeni hadisə deyil. Şeyxin Trampa məktubunu oxudum. Hesab edirəm ki, ora siyasi baxımdan bir şey də əlavə edilməli idi ki, İran bu təcrid vəziyyətində erməni terrorçularına daha da dəstək verir. Bunu nəzərə almalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR