Yasamalda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib

Yasamalda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib
# 13 may 2019 22:28 (UTC +04:00)

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 11 otaqlı evin 2 otağının və mətbəxinin yanar konstruksiyaları 43 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR