İsmayıllıda özünü asan gənc son anda xilas edilib

İsmayıllıda özünü asan gənc son anda xilas edilib
# 14 fevral 2020 14:26 (UTC +04:00)

İsmayıllı rayonunda intihara cəhd hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Seyidov Babək İbadulla oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü asıb.

Ailə üzvləri hadisədən tez xəbər tutduğu üçün onu ölümdən son anda xilas ediblər.

18 yaşlı gənc təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR