Azərbaycan son 5 ildə AİB layihələri çərçivəsində podratçılarla 2 mlrd. dollarlıq müqavilələr imzalayıb

Azərbaycan son 5 ildə AİB layihələri çərçivəsində podratçılarla 2 mlrd. dollarlıq müqavilələr imzalayıb
# 18 may 2020 12:18 (UTC +04:00)

2015-2019-cu illərdə Azərbaycan Asiya İnkişaf Bankının (AİB) maliyyələşdirdiyi layihələr çərçivəsində podratçı və təchizatçılarla 1,965 mlrd. ABŞ dolları məbləğində müqavilələr imzalayıb.

"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, bu layihələr çərçivəsində məsləhət xidmətləri üzrə konsaltinq şirkətləri ilə imzalanan müqavilələrin həcmi 7,04 mln. dollar təşkil edib.

Qeyd edək ki, indiyədək Azərbaycan AİB-in maliyyələşdirdiyi layihələr çərçivəsində podratçı və təchizatçılar ilə 2,48 mlrd. dollar həcmində 161 müqavilə imzalayıb.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 4,4 mlrd. həcmində vəsait ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR