FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə qəbul elan edilib

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə qəbul elan edilib
# 10 iyul 2019 15:55 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti “BC” kateqoriyalı sürücülük vəsiqəsi olan Bakı sakinlərinin Bakı ərazisində yerləşən yanğından mühafizə bölmələrində sürücü vəzifəsində işləməsi üçün xidmətə qəbul elan edib.

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, uyğun bacarığı olan, müddətli həqiqi hərbi xidmət keçmiş, 01.08.2019-cu il tarixinədək 30 yaşı tamam olmayan, tam orta və yaxud orta ixtisas təhsilli, boyu 170 sm və yuxarı şəxslər 12-13 iyulda Bakı şəhəri, Binəqədi rayonu, Hüseyn Seyidzadə küçəsi, 40 ünvanında yerləşən Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə müraciət edə bilərlər.

Əlavə məlumat üçün (012) 512-24-46 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR