Makron və Conson koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə ediblər

Makron və Conson koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə ediblər
# 11 may 2020 03:26 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş Naziri Boris Consonla telefon bağlantısı yaradıb. Telefon söhbətində iki ölkə lideri koronavirus epidemiyası ilə mübarizə sahəsində əməkdaşlığın zəruriliyini qeyd edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

“Onlar (Makron və Conson) COVID-19-la mübarizədə sıx ikitərəfli, Avropa və beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıblar”, - məlumatda belə deyilir.

Fransa Prezidenti və Britaniyanın Baş Naziri sərhədlərdən kənarda koronavirusa yeni yoluxma riskinin artdığını, eyni zamanda virusun yayılmasının milli səviyyədə azaldığını xüsusi qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR