Almaniyada türklərin obyektlərinə hücum edən İŞİD tərəfdarı saxlanılıb

Almaniyada türklərin obyektlərinə hücum edən İŞİD tərəfdarı saxlanılıb
# 11 may 2020 07:01 (UTC +04:00)

Bavariya polisi özünü İŞİD-in tərəfdarı hesab edən və Valdkrayburq şəhərində yaşayan Türkiyə mövqelərinə qarşı silsilə terror hücumları hazırlayan yerli sakini saxlayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə regional polis idarəsinin açıqlamasında qeyd olunub.

Məlumata görə, söhbət türkiyəli bir mühacirin oğlu, 25 yaşlı Almaniya vətəndaşından gedir. Polis onu 16 apreldən 6 may tarixinədək Valdkrayburqda Türkiyəyə məxsus müəssisələrə qarşı silsilə terror hücumları həyata keçirməkdə şübhəli bilir. Hücumlar bərbərxanaya, pizza sexinə və kababxanaya qarşı törədilib. Şübhəli şəxs bu obyektlərə daş atıb. Ən ciddi insident ərzaq mağazasında törədilib – 27 apreldə bu obyekt yandırılıb ki, nəticədə 27 nəfər binadan təxliyə olunub, bir neçə nəfər xəsarət alıb, obyektə maddi ziyan dəyib.

“Şübhəli şəxs cinayət hadisələrinin motivi kimi İŞİD-ə bağlılığına görə türkiyəli həmvətənlərinə qarşı bəslədiyi nifrəti ilə əlaqələndirib”, - polisin məlumatında belə deyilir.

Şübhəli şəxs qatardan biletsiz istifadə etdiyi üçün Müldorf-am-İnn vağzalında saxlanılıb. Polis onun üstünə baxış keçirərkən çantasından kustar üsulla hazırlanmış partlayıcı aşkar edib. Bundan sonra vağzalı bağlamaq və boşaltmaq lazım gəlib.

25 yaşlı gəncin dediyinə görə, onun Valdkrayburqdakı mənzilində və Qarxinq-an-der-Alz kommunasındakı qarajında başqa partlayıcı qurğular da var. Nəticədə həmin əraziləri də boşaldıb və axtarışlar aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR