Hindistanın vitse-prezidenti: "Qoşulmama Hərəkatı zorakı ekstremizm məfkurəsinə qarşı mübarizə aparmalıdır"

Hindistanın vitse-prezidenti: "Qoşulmama Hərəkatı zorakı ekstremizm məfkurəsinə qarşı mübarizə aparmalıdır"
# 25 oktyabr 2019 17:39 (UTC +04:00)

"Zorakı ekstremizm məfkurələrinin yayılmasına şərait olmamasını istərdik”.

APA-nın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün debat müzakirələrində Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidu deyib.

Hindistanın vitse-prezidenti bildirib ki, terrorçuluğun bütün formalarına qarşı mübarizə aparılmalıdır. O, bu gün qarşıda bir çox imkan və fürsətin olduğunu da qeyd edib: “Biz terrorçuluğa qarşı mübarizə aparmalı, dayanıqlı inkişafı təmin etməli, bunun üçün çox çalışmalıyıq. Hindistan qeyd etdiyim sahələrdə öz rolunu oynamağa hazırdır. Qoşulmama Hərəkatı zorakı ekstremizm məfkurəsinin yayılmasına qarşı mübarizə aparmalıdır”.

Vitse-prezident nitqində Kəşmir probleminə də toxunub, bu məsələdə beynəlxalq hüququn Hindistanın tərəfində olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR