Mayın 11-də axşam saatlarında Suraxanı rayonu Əmircan qəsəbəsində vətəndaş Xanlar Ələkbərova məxsus ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsi uçub.
“Azəriqaz” İstehsalat Birliyindən APA-ya verilən məlumata görə, hadisə zamanı bir neçə qaz sayğacı və 76 mm diametrində qaz xətti zədələnib.
Bildirilib ki, 13 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.