Bakıda sürücü yeniyetməni avtomobillə vuraraq qaçıb

Bakıda sürücü yeniyetməni avtomobillə vuraraq qaçıb
# 03 iyul 2019 23:29 (UTC +04:00)

Bakının Xəzər rayonunda 14 yaşlı yeniyetməni avtomobil vurub.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib. "Mercedes" markalı minik avtomobili piyada, 2005-ci il təvəllüdlü Novruzov Ağaismayıl Əli oğlunu vurub. Sürücü qəzadan sonra hadisə yerindən yayınıb.

Yaralı dərhal ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Ona bədənin çoxsaylı sıyrılmış-əzilmiş yaraları, bədənin küt travması diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR