“Qəbələ” klubunun Avropa Liqasındakı rəqibi müəyyənləşib.
APA-nın məlumatına görə, yarışa II təsnifat mərhələsindən başlayacaq Azərbaycan kubokunun qalibi Gürcüstan “Dinamo”su ilə qarşılaşacaq.
Bu, Tbilisi təmsilçisinin I təsnifat mərhələsini adalmasından sonra rəsmiləşib. “Dinamo” Andorranın “Enqordani” klubunu hər iki görüşdə məğlub edib.
Ötən həftə evdə rəqibinin qapısından 6 cavabsız qol keçirən gürcülər səfərdə də qalib gəlib – 1:0. “Qəbələ” Tbilisi təmsilçisi ilə ilk oyununu iyulun 25-də evdə, cavab matçını avqustun 1-də səfərdə keçirəcək.
Qeyd edək ki, bu komandalar 2015/16 mövsümündə də qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin duelində “Qəbələ” səfərdə 1:2 hesabı ilə uduzsa da, evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.