Baqali Dabo Azərbaycan Premyer Liqasının səviyyəsini dəyərləndirib

Baqali Dabo Azərbaycan Premyer Liqasının səviyyəsini dəyərləndirib
# 29 may 2019 10:43 (UTC +04:00)

"Azərbaycanda futbol elə futbol kimi görünür. Bir neçə oyun var ki, həmin vaxt tribunalar dolu olur”.

ONA-nın məlumatına görə, bunu “Neftçi”nin fransalı hücumçusu Baqali Dabo deyib.

Paytaxt təmsilçisinin bombardiri vətənində verdiyi müsahibədə Azərbaycan futbolu barədə fikirlərini açıqlayıb: “Amma digər qarşılaşmalara daha az azarkeş gəlir. Bu da əsasən komandalardan asılıdır. Azərbaycan Premyer Liqasının səviyyəsi Liqa1-dən III liqaya qədər gedib çıxır. Üç liqanın qarışığı olduğunu deyə bilərik. Mənim üçün hər şey yaxşıdır. Hər il Avrokubokda iştirak etmək imkanım olur. Fransada komandalar seçmə mərhələlərdə çətinlik çəkirlər, hətta ora vəsiqə üçün savaşırlar. Problem ondadır ki, biz avrokuboka vəsiqə qazananda birinci təsnifat mərhələsindən başlayırıq. Amma çempionatda hər mövsüm titul uğrunda mübarizə aparıram. Açıq şəkildə deməliyəm ki, mənim üçün yaxşıdır”.

B.Dabo maaş barədə də fikirlərini bildirib: “Maaşla bağlı heç nədən şikayətlənə bilmərik. Liqa1 və Liqa2 ilə eyni səviyyədədir. Bu, klubların səviyyəsinə görə dəyişir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR