Türkiyədə daha 47 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 47 nəfər koronavirusdan ölüb
# 10 may 2020 20:09 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 47 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşım edib.

Nazir qeyd edib ki, son 24 saatda 36 187 şübhəli koronavirus testindən keçib, onlardan 1542 nəfərin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3786 nəfər ölüb, 138 657 nəfər bu infeksiyaya yoluxub, 92 691 nəfəri isə müalicə olunub. Bu gün 3211 xəstə evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR