3,1 ton narkotik vasitə aşkar edilib

3,1 ton narkotik vasitə aşkar edilib
# 26 iyul 2019 14:05 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-tədbirləri nəticəsində 3,1 ton narkotik vasitə aşkar edilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nohur Qışlaq kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,5 ton olan 1100 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Mahmudlu kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,6 ton olan 1650 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR