Novxanı qəsəbəsindəki avtoqəzada yaralanan sürücü xəstəxanada dünyasını dəyişib

Novxanı qəsəbəsindəki avtoqəzada yaralanan sürücü xəstəxanada dünyasını dəyişib
# 05 iyul 2019 21:28 (UTC +04:00)

Abşeron rayonunun Novxanı qəsəbəsində baş vermiş avtomobil qəzasında ağır bədən xəsarətləri alan şəxs xəstəxanada dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində 3 minik avtomobilinin toqquşması nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Fətullayev Kazım Şakir oğlu ağır bədən xəsarətləri almışdı. O, ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, K.Fətullayev 10 gündən sonra xəstəxanada keçinib.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR