Bakıda yol qəzası olub, bir nəfər xəsarət alıb

Bakıda yol qəzası olub, bir nəfər xəsarət alıb
# 08 iyul 2019 15:59 (UTC +04:00)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Nizami rayonu, metronun “Neftçilər” stansiyası yaxınlığında iki avtomobil toqquşub.

Qəza nəticəsində 1972-ci il təvəllüdlü Kamran Səfərov xəsarət alıb.

3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan yaralı reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR