Bu il dünyada gündəlik neft emalı illik ifadədə 7,6 mln. barel azalaraq 74,3 mln. barelədək enə bilər.
Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) aprel ayı üzrə hesabatına istinadən xəbər verir.
Bununla yanaşı, agentlik qeyd edir ki, neft emalında azalma ilə yanaşı, neft məhsulu ehtiyatlarında artım gözlənilir: "2020-ci ilin ikinci yarısında bazarın xammal defisitinə keçməsi fonunda neft emalı sahəsində fəaliyyət tədricən bərpa olunacaq".