Bank Of Baku

Bakıda daha bir marşrut xətti üzrə avtobuslar kart sisteminə keçir

Bakıda daha bir marşrut xətti üzrə avtobuslar kart sisteminə keçir
# 09 avqust 2021 13:51 (UTC +04:00)

Sabahdan etibarən 179 nömrəli marşrut xətti (Pirşağı qəsəbəsi - Azadlıq pr. m/st) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

 A.Hüseynov küç.Rəsulzadə qəs.(Binəqədi rayonu)

 28 May küç 269A, Mehdiabad qəs. (Abşeron rayonu)

Azadlıq pr.104 (Binəqədi rayonu)

 2-ci Mədən (Binəqədi rayonu)

Cəfər Cabbarlı küç 5, Mehdiabad qəs. (Abşeron rayonu)

 Pirşağı qəs. Qızılqum (Sabunçu rayonu)

 Əjdər Məlikov küç, Pirşağı qəs. (Sabunçu rayonu)

 Əjdər Məlikovküç , Pirşağı qəs. (Sabunçu rayonu)

 Sovxoz 2,Cəfərəliyev küç.Pirşağı qəs. (Sabunçu rayonu)

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR