Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, sabah daha 3 güləşçimiz mübarizəyə start verəcək.
Bu gün həmin idmançılarımızın rəqibləri müəyyənləşib. Belə ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq) ilk görüşündə ermənistanlı Valodya Franqulyanla üz-üzə gələcək. Nurməhəmməd Hacıyevin (97 kq) rəqibi isə Radoslav Baran (Polşa) olacaq.
Sabah qadın güləşçilərimizdən Irina Netreba (68 kq) da mübarizəyə qoşulacaq. O debütdə Cenni Franssonla (İsveç) qarşılaşacaq.
Qeyd edək ki, hər 3 təmsilçimiz yarışa 1/8 finaldan qoşulacaq. Yarışın ilk günü isə 1 güləşçimiz finala yüksəlib, digər üçü bürünc medal uğrunda iştirak hüququ qazanıb. Onlar da görüşlərinə sabah çıxacaqlar.
Minsk-2019: Hacı Əliyev erməni ilə güləşəcək
25 iyun 2019 21:58 (UTC +04:00)
Olimpiada
İkiqat Paralimpiya çempionu: Parisdə 80 000 azarkeş Azərbaycan himnini dinlədi, həmin an hər şeyə dəyərdi
13:44
11 sentyabr 2024
İmaməddin Xəlilov: Parataekvando üzrə ilk dəfə qızıl medal qazanaraq tarixə düşdüm
12:07
11 sentyabr 2024
Lamiyə Vəliyeva: Azərbaycan bayrağını dalğalandırmaq mənim üçün qürurverici idi
12:05
11 sentyabr 2024
Azərbaycan paralimpiyaçıları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
11:03
11 sentyabr 2024