Italiya prezidenti nümayəndə heyəti ilə birgə Ermənistana ikigünlük səfər edəcək

Italiya prezidenti nümayəndə heyəti ilə birgə Ermənistana ikigünlük səfər edəcək
# 30 iyul 2018 09:13 (UTC +04:00)

İtaliya Prezidenti Serco Matarella bu gün Ermənistana ikigünlük səfər edəcək.

APA-nın “AgenziaNova” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər Ermənistan prezidenti Armen Sarkisyanın dəvəti ilə baş tutacaq.

Səfər zamanı İtaliya prezidentini İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesin də daxil olduğu nümayəndə heyəti müşaiət edəcək.

Səfər çərçivəsində S.Maratella regional əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi ilə Ermənistan prezidenti Armen Sarkisyanla görüşəcək.

Görüşdən sonra mətbuat konfransı nəzərdə tutulub.

S.Maratella ermənilərin katolikosu II Qaregin ilə də görüşücək.

Səfər zamanı Erməni-İtaliya mədəni irsinin qorunması mərkəzinin açılışı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR