Gəncə sakinindən silah-sursat götürülüb - FOTO

Gəncə sakinindən silah-sursat götürülüb - FOTO
# 06 iyul 2019 12:23 (UTC +04:00)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 43 yaşlı Həsən Quliyevin əlindəki torbadan 1 ədəd lüləsi və qundağı kəsilmiş tək lüləli, 16 kolibirli ov tüfəngi və 6 ədəd 16 kolibirli patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR