MBNP: Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84%-i icra olunub

MBNP: Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84%-i icra olunub
# 14 may 2019 15:34 (UTC +04:00)

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84%-i icra olunub

ONA-nın Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə,

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində ümumilikdə 602 min vətəndaşa kompensasiyanın ödənilməsi nəzərdə tutulub.

13 may 2019-cu il tarixinədək artıq 506 min vətəndaşa ödənişlər təmin edilib ki, bu da planın 84%-nin icra edildiyinin göstəricisidir. Edilmiş kompensasiya ödənişləri 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlmiş və 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub.

“Artıq Apelyasiya Komissiyasına edilmiş müraciətlərə araşdırmaların nəticələrinə müvafiq olaraq cavabların verilməsi prosesinə start verilib. Bundan sonra vətəndaşlar Apelyasiya Komissiyasına müraciət üçün yaradılmış xüsusi portalda özləri üçün yaratdığı şəxsi kabinetlərindən izləyə bilərlər. Hər bir vətəndaşın müraciəti 30 iş günü müddətində cavablandırılır”, - deyə MBNP-nin məlumatında deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR