Knesset Gabi Aşkenazinin Xarici İşlər naziri postuna namizədliyini təsdiqləyib.
APA-nın İsrail Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, G. Aşkenazi ölkəsinin yeni Xarici İşlər naziri kimi işə başlayıb.
G. Aşkenazi 2019-cu ildən Knessetdə "Mavi və Ağ" partiyasının təmsilçisidir.
General-leytenant G. Aşkenazi 2007-ci ildən 2011-ci ilədək İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.