Paşinyan sabah Gürcüstana səfər edəcək

Paşinyan sabah Gürcüstana səfər edəcək
# 02 mart 2020 12:31 (UTC +04:00)

Ermənistanın Baş Naziri Nikol Paşinyan sabah Gürcüstana rəsmi səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Baş Nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində N. Paşinyanla onun gürcüstanlı həmkarı Giorgi Qaxariya arasında təkbətək və geniş formatlarda görüşlər keçiriləcək.

N. Paşinyanın daha sonra prezident Salome Zurabişvili və parlamentin sədri Arçil Talakvadze ilə də görüşləri planlaşdırılır.

Səfər martın 4-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR