Yevlax sakinindən 8 kiloqramdan çox marixuana aşkar edilib

Yevlax sakinindən 8 kiloqramdan çox marixuana aşkar edilib
# 29 iyun 2019 13:19 (UTC +04:00)

Yevlax sakinindən külli miqdarda narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Havarlı kənd sakini M.Abbasovdan 1,66 qram, yaşadığı evin həyətinə baxış zamanı isə 8 kiloqram 391,66 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR