Azərbaycan milli Belarusla öncə yoxlama, ardınca rəsmi matç keçirəcək

Azərbaycan milli Belarusla öncə yoxlama, ardınca rəsmi matç keçirəcək
# 20 may 2019 11:24 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Belarusa yollanıb.

ONA-nın məlumatına görə, bir həftə Minskdə olacaq yığmamız həm təlim-məşq toplanışı keçəcək, həm də ev sahibi ilə qarşılaşacaq.

Komandamızın yeni italiyalı baş məşqçisi Covanni Kaprara da məhz Belarusda millimizə qoşulacaq. Bu gün voleybolçularımızı məşqə çıxaracaq mütəxəssis sabah rəqiblə yoxlama görüşündə qüvvəsini sınayacaq. Belarusla daha bir yoldaşlıq matçı mayın 22-nə təsadüf edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Yığmamız Qızıl Avropa Liqasına da Minskdə start verəcək. C qrupunda yer alan voleybolçularımız Belarusla ilk görüşünə mayın 26-da saat 18:00-da çıxacaqlar.

Qeyd edək ki, qrupumuzda Belarusla yanaşı, İspaniya və Finlandiya yığmaları yer alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR