Gürcüstanın şərab ixracından əldə etdiyi gəlirlər artıb

Gürcüstanın şərab ixracından əldə etdiyi gəlirlər artıb
# 03 iyun 2019 11:13 (UTC +04:00)

Gürcüstan 2019-cu ilin yanvar-may ayları ərzində 39 ölkəyə ümumilikdə 33 milyon 600 min şüşə (0,75 l) şərab ixrac edib.

ONA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Milli Şərab Agetnliyinin hesabatında məlumat verilib.

Hesabatda qeyd olunub ki, ixracdan əldə edilən gəlir 87 milyon ABŞ dolları həcmində olub və bu, ötən ilin analoji dövrü ilə müqayisədə 16 faiz çoxdur.

Ölkələr üzrə şərab ixracında artım isə bu cür qeydə alınıb: ABŞ-a 126 faiz, Çinə 27 faiz, Polşaya 18 faiz, Fransaya 91 faiz, İsrailə 72 faiz, Litvaya 57 faiz, Belarusa 47 faiz, Estoniyaya 33 faiz, Hollandiyaya 27 faiz, Kanadaya 26 faiz, Monqolustana 22 faiz, Almaniyaya 9 faiz və Rusiyaya 5 faiz.

Cari ilin ilk ayı ərzində Gürcüstanın ən çox şərab ixrac etdiyi ölkə Rusiya olub - 21 372 581 şüşə. Növbəti yerləri isə müvafiq olaraq Ukrayna, Çin, Polşa və Qazaxıstan tutub.

İlin əvvəlindən etibarən 203 müxtəlif şirkət şərab ixracında iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR