Gəncə Şəhər Təhsil İdarəsinin itkin düşən məsləhətçisi tapılıb - FOTO

Gəncə Şəhər Təhsil İdarəsinin itkin düşən məsləhətçisi tapılıb - FOTO
# 21 may 2019 11:10 (UTC +04:00)

Dörd gün əvvəl itkin düşən Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi tapılıb.

ONA-nın qərb bürosunun verdiyi xəbərə görə, 25 yaşlı Ceyhun Bayramov yaşadığı evə qayıdıb.

C.Bayramovun atası Qabil Bayramov ONA-ya bildirib ki, oğlu nişanlısı ilə dalaşdıqdan sonra küsüb və Gürcüstana gedib. Atanın bildirdiyinə görə, C.Bayramovun nişanlısı ilə dalaşmasına qız evinin ona hədə qorxu gəlməsi səbəb olub.

Qeyd edək ki gənclərin iyunun 11-də toyu olacaq.

Xatırladaq ki, Gəncə Şəhər Təhsil İdarəsində məsləhətçi işləyən Ceyhun Qabil oğlu Bayramov mayın 17-dən itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR