ETSN balıq ehtiyatlarının azalmasının səbəblərini açıqlayıb

ETSN balıq ehtiyatlarının azalmasının səbəblərini açıqlayıb
# 11 oktyabr 2019 16:50 (UTC +04:00)

"Ölkədə balıq ehtiyatları 10-15 ildir ki, azalıb".

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən dəyirmi masada ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, son illər balıq ehtiyatlarının artırılması ilə bağlı daha effektiv tədbirlər görülür: “Əvvəllər balıqartırma müəssisələrində yetişdirilən balıq körpələri çəkisi 1 qram olduqda çaya buraxılırdı. Bu balıqların yaşama ehtimalı olduqca az, 1 faiz təşkil edirdi. Amma hazırda balıq körpələrinin çəkisi artırıldıqdan sonra onlar dənizə buraxılır. Bu il Tovuz Balıqartırma Təsərrüfatında 5-10 qram çəkidə olan balıq körpələri Kür çayına buraxıldı. Onların yaşama faizi də yüksəkdir. Həmin təsərrüfatda bu il yetişdirilib buraxılan balıqların əksəriyyəti isə 100 qram idi. Bu çəkidə olan balıqların yaşama ehtimalı da 90-100 faizdir. Bununla biz kəmiyyət yox, keyfiyyət göstəricilərinə üstünlük veririk".

H. Əlizadə balıq ehtiyatlarının azalmasının digər səbəblərini də açıqlayıb. O qeyd edib ki, göllərin çirklənməsi və digər hallar balıq ehtiyatlarını azaldır: “Bunun səbəblərindən biri də brokonyerlərin bütün fəsillərdə balıq tutmasıdır. Bununla bağlı maarifləndirmə işlərinin aparılması vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR