Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri dəyişib.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri olacaq.
İndiyə qədər Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri iqtisadiyyat naziri olub.
İqtisadiyyat nazirinin müavini isə Şuranın üzvü olacaq.