ABŞ-ın neft ehtiyatlarının artması qiymətləri endirib

ABŞ-ın neft ehtiyatlarının artması qiymətləri endirib
# 23 may 2019 13:38 (UTC +04:00)

ABŞ-da neft ehtiyatlarının artması və neft emalı zavodlar tərəfindən tələbatın zəifləməsi fonunda dünya bazarında neftin qiyməti enməyə davam edir.

ONA-nın məlumatına görə, Brent markalı neftin müqavilələri (Bakı vaxtı ilə 13:07 olan məlumat) 1,04% ucuzlaşaraq 70,25 dollara bərabər olub. Bir barel WTI markalı neftin müqavilələri isə 0,91% ucuzlaşaraq 60,86 dollar təşkil edib.

Qeyd edək ki, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) məlumatına əsasən, ötən həftənin yekunlarına görə (13-17 may), ABŞ-da neft ehtiyatları 4,7 mln. barel artaraq 476,8 mln. barelə çatıb. Bundan başqa, ölkədə gündəlik neft hasilatı 100 min barel artaraq 12,2 mln. barel təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR