Cari ilin birinci yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 20325,2 min ton, yük dövriyyəsi isə 4781,8 milyon ton-km olub, bu da illik müqayisədə müvafiq olaraq 6,3% və 2% azdır.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 11 407 min tonu və ya 56,1%-i avtomobil nəqliyyatı, 6 598,6 min tonu və ya 32,5%-i dəmir yolu nəqliyyatı, 2319,6 min tonu və ya 11,4%-i dəniz nəqliyyatı ilə daşınıb.
Məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 22,9 faizini və ya 4652,6 min tonunu tranzit yüklər təşkil edib.